Tramp imzaladı - Hər vətəndaşa 1 200 dollar veriləcək
28 Mart 2020 06:37 DünyaABŞ prezidenti Donald Tramp 2 trilyon ABŞ dollarından çox dəyəri olan iqtisadi stimullaşdırma tədbirləri haqqında qanunu imzalayıb.
Report xəbər verir ki, bundan əvvəl iqtisadi paket Senat və Konqresin Nümayəndələr Palatası tərəfindən təsdiq edilib.
Bu, ABŞ tarixindəki ən böyük iqtisadi yardım paketidir. Belə ki, sonuncu dəfə Konqres 2008-ci ildə dünya maliyyə böhranının təsirlərini azaltmaq üçün 800 milyard dollarlıq yardım paketini təsdiqləmişdi.
Sənəddə işsizlik müavinətlərinin ödənilməsi, xəstəxanalara yardım, biznesin və bütün sahələrin təşviqi nəzərdə tutulur. Bundan əlavə, ABŞ vətəndaşları adambaşına təxminən 1 200 ABŞ dolları məbləğində birdəfəlik ödəmələr ala biləcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31