İtaliyada KABUS DAVAM EDİR - Bir gündə 919 nəfər öldü
27 Mart 2020 21:33 Dünyaİtaliyada koronavirusdan ölənlərin sayı sürətlə artmaqdadır.
İtaliya hökumətinin verdiyi açıqlamada son sutka ərzində ölkədə 919 nəfərin koronavirusdan öldüyü qeyd edilib. Bu İtaliyada bir gündə ən yüksək ölüm sayıdır.
Qeyd edilib ki, İtaliyada koronavirus səbəbindən ölənlərin ümumi sayı 9134-ə çatıb.
Son 1 gündə 5909 nəfər bu virusa yoluxub və test yoxlanışı pozitiv çıxan insanların sayı 86498-ə yüksəlib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31