İstanbulda koronavirusdan ölənlər burada dəfn ediləcək - FOTO
27 Mart 2020 02:54 Dünyaİstanbulda koronavirusdan ölənlər üçün qəbiristanlıq ayrılıb.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, virus səbəbindən həyatını itirənlərin İstanbulun Kilyos və Beykoz adlanan hissələrində xüsusi ayrılmış yerdə dəfn edilməsinə göstəriş verilib. Türkiyənin Dini İşlər Qurumu da təyin edilmiş yeri təsdiqləyib. Artıq İstanbulda koronavirusdan vəfat edən bir neçə nəfər yeni qəbiristanlıqda dəfn edilib.
Qeyd edək ki, xüsusi qəbiristanlığın yaxınlığında yaşayanlar ərazidə təhlükəsizlik tədbirlərinin artırılması barədə müraciət ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31