Türkiyədə koronavirusdan ölənlərin sayı 59-a çatıb
26 Mart 2020 09:54 DünyaTürkiyədə yeni növ koronavirusdan (COVID-19) ölənlərin sayı 59 nəfərə çatıb.
Bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində açıqlamasında bildirib.
Nazir qeyd edib ki, son gün ərzində 15 koronaviruslu xəstə ölüb və 5035 şübhəli koronavirus testindən keçib, onlardan 561-nin cavabı pozitiv çıxıb.
Bununla da Türkiyədə koronavirusa yoluxanların sayı 2433-ə çatıb.(APA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31