İsraildə koronavirusa yoluxma hallarının sayı 1442 oldu

İsraildə COVİD-19 virusuna yoluxanların sayı son sutka ərzində 204 nəfər artaraq 1442 yüksəldi.

Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi xəbər verib.

Bildirilir ki, 29 nəfərin vəziyyəti ağırdır, 41 nəfər sağalıb. Martın 20-də Səhiyyə Nazirliyi koronavirusa yoluxmuş ilk xəstənin ölümü barədə məlumat verib. İsrail ərazisində ilk yoluxma hadisəsi fevralın 27-də İtaliyadan qayıtmış ölkə vatandaşında aşkarlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31