Danışaraq gəlirlər, 2 saat sonra boğulub ölürlər - Həkimlər koronavirus xəstələrindən danışdı
23 Mart 2020 11:00 DünyaFransada koronavirus xəstələrini müalicə edən həkimlər pandemiya ilə bağlı sakinlərə xəbərdarlıq ediblər.
Publika.az-ın məlumatına görə, onlar bildiriblər ki, koronavirus insanın səhhətində 2 saat ərzində ciddi problemlər yarada bilir:
"Virus sürətlə yayılır. Xəstələrin 35 faizi nəfəs aparatına bağlıdır. Xəstələr içəriyə danışaraq girirlər. 2 saat sonra boğulurlar. Lütfən evdən çıxmayın. Bu xəyal etməyəcəyiniz qədər ciddi məsələdir".
Həkimlərin sözlərinə görə, insanlar xəbərdarlıqlara məhəl qoymasa Fransada "fəlakət" yaşanacaq.
Qeyd edək ki, Fransada koronavirusdan 700-ə yaxın insan həyatını itirib.16 mindən çox insan virusa yoluxub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31