PKK terror təşkilatının qadın bölməsinin rəhbəri məhv edilib
PKK terror təşkilatının qadın bölməsinin rəhbəri məhv edilib
21 Mart 2020 14:46 DünyaPKK terror təşkilatının qadın bölməsinin rəhbəri olan təhlükəli terrorçu Qəndil dağlarında məhv edilib.
Ayten Amed ləqəbli terrorçu Halide Tarı Türkiyə Silahlı Qüvvələri ilə Milli Təhlükəsizlik Təşkilatının İraqın şimalında keçirdiyi xüsusi antiterror əməliyyatı nəticəsində məhv edilib. Bildirilir ki, 1990-cı illərdən PKK sıralarına daxil olan bu qadın təhlükəli terrorçu kimi çoxistiqamətli fəaliyyət göstərib. O, PKK-nın aparıcı simaları ilə daim təmasda olub, terror təşkilatının mühüm tapşırıqlarını icra edib.
sia.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31