Gürcüstanda fövqəladə vəziyyət ELAN OLUNDU
21 Mart 2020 14:26 DünyaGürcüstanda koronavirusla bağlı fövqəladə vəziyyət elan olunub.
Olaylar.az "Report"-a istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Giorgi Qaxaria xüsusi brifinqdə bildirib.
O deyib ki, bu vəziyyət aprelin 21-dək qüvvədə olacaq.
Baş nazir artıq ölkədə fövqəladə vəziyyətin elan olunması ilə bağlı Gürcüstan prezidenti Salome Zurabişviliyə müraciət edib.
Gürcüstanda bu vəziyyətin elan olunması üçün parlamentin dəstəyi tələb olunur. Qanunverici orqan bu gün xüsusi iclas keçirəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31