Ruhani ABŞ-ın İrana qarşı sanksiyaları ilə bağlı amerikalılara müraciət edib
21 Mart 2020 14:02 Dünyaİran prezidenti Həsən Ruhani ABŞ vətəndaşlarına müraciət edib.
Müraciətdə amerikalılardan İranda koronavirus qurbanlarının sayının artması fonunda Vaşinqtonun Tehrana qarşı sanksiyalarını dəstəkləyib-dəstəkləmədikləri soruşulub.
Ruhaninin bu ilin noyabr ayında ABŞ-da keçiriləcək Prezident seçkiləri ərəfəsində müraciəti etməsi diqqət çəkib.
apa.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31