Moskvada tələbə yataqxanasında yanğın zamanı 4 nəfər xəsarət alıb
Moskvada tələbə yataqxanasında yanğın zamanı 4 nəfər xəsarət alıb
21 Mart 2020 13:18 DünyaMoskva Dövlət Qida İstehsalı Universitetinin yataqxanasında yanğın baş verib.
Yataqxananın 60 kvadrat metr sahəsi yanıb.
Yanğının söndürüldüyü və 4 tələbənin xilas edildiyi bildirilib.
Panfilov küçəsi, 18 ünvanında yerləşən yataqxananın ikinci mərtəbəsi yanıb. Rusiya Fövqəladə Hallar Nazirliyi yanğın faktını təsdiqləyib.
Qeyd edək ki, hazırda yataqxanada 369 tələbə qalır.
apa.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31