Ərdoğan:"Koronavirusla amansız mübarizə aparırıq"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirusla bağlı çağırış edib.

Türkiyənin koronavirusa qarşı amansız mübarizə apardığını deyən Ərdoğan bildirib ki, vacib olmadıqca evdən çıxmaq olmaz. Dövlət başçısının sözlərinə görə, vətəndaşlar Səhiyyə Nazirliyinin təlimatlarına əməl etməli, xüsusilə yaşlı insanlar diqqətli olmalıdır.

Qeyd edək ki, Türkiyədə koronavirusdan ölənlərin sayı 9-a çatıb. Virusa yoluxanların sayı isə 670 olub.

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31