Yunanıstanda 5.7 bal gücündə zəlzələ baş verib.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar Yunanıstanın Tesprotiya şəhəri yaxınlığında, yerin 7.46 km dərinliyində qeydə alınıb.
Dağıntı və tələfatlar barədə məlumat yoxdur.
axar.az