ABŞ-dan gözlənilməz: İrana yardıma hazırıq!
21 Mart 2020 10:22 DünyaKoronavirusla bağlı İrana humanitar yardımlar sanksiyalara məruz qalmır.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Mayk Pompeo deyib.
O, ölkəsinin İrana yardım etməyə hazır olduğunu bildirib:
"Bütün dünya bilməlidir ki, İrana humanitar yardım kanalı geniş şəkildə açıqdır. Sanksiya altında deyil, İrana göndərilən dərman preparatlarına görə sanksiya tətbiq edilmir. Humanitar yardım üçün sanksiya yoxdur".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31