SON DƏQİQƏ: Türkiyədə güclü zəlzələ baş verdi
20 Mart 2020 05:51 DünyaTürkiyənin Elazığ vilayətində rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib.
Publika.az Anadolu agentliyinə istinadən xəbər verir ki, zəlzələnin episentri Sivricə rayonunda yerin 21 kilometr dərinliyində yerləşib. Dağıntı və tələfat barədə məlumat yoxdur.
Qeyd edək ki, son aylarda Türkiyədə seysmik fəallıq olduqca yüksəkdir. Bu gün Van vilayətində 4,4 bal gücündə zəlzələ baş verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31