Moskva aeroportu qismən bağlanır
19 Mart 2020 17:59 DünyaRusiyada koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə tədbirləri çərçivəsində paytaxt Moskvanın Şeremetyevo Hava Limanının E və S adlı terminalları sabahdan bağlanacaq.
Bu barədə aeroportdan bildirilib.
Məlumata görə, həmin terminallardan həyata keçirilən aviareyslər D və F terminallarına keçiriləcək.
Xatırladaq ki, koronavirusla əlaqədar Rusiya bir sıra ölkələrlə aviadaşımaları məhdudlaşdırıb.
report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31