Daha bir ölkə uçuşları dayandırdı

Hindistan beynəlxalq uçuşları dayandırır.

Bu barədə hökumət qərar qəbul edib.

Martın 22-dən qüvvəyə minəcək koronavirus pandemiyası ilə mübarizə çərçivəsində verilmiş qərara əsasən, hava limanları 1 həftə işləməyəcək.

Qeyd edək ki, bu günədək Hindistanda 197 nəfər koronavirusa yoluxub, 5 nəfər ölüb.

Bundan əvvəl Avstraliya xarici ölkələrə beynəlxalq uçuşları dayandırdığını açıqlamışdı.

Publika.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31