Baş nazirdən koronavirus açıqlaması: "İndi dərk etməyə başlayırlar ki..."

Baş nazirdən koronavirus açıqlaması: "İndi dərk etməyə başlayırlar ki..."

Rusiyanın Baş naziri Mixail Mişustin koronavirusla bağlı vəziyyətə görə təşviş üçün heç bir əsas olmadığını, ölkəsinin bu təhlükənin öhdəsindən gələcəyini bildirib.

Baş nazir bunları hökumət üzvləri ilə keçirdiyi iclaz zamanı deyib.

"Bir çox insan vəziyyətin bütün ciddiliyini ancaq indi dərk etməyə başlayır. Lakin təşviş üçün heç bir əsas yoxdur.
Rusiya həm ölkə daxilində, həm də dünyada epidemiyalarla mübarizədə uğurlu təcrübəyə malikdir. Biz, bu təhlükə ilə bacaracağıq", - deyə o qeyd edib.

Qeyd edək ki, Rusiya hökumətinin bundan öncə yaydığı açıqlamada koronavirus pandemiyası ilə əlaqədar məhdudlaşdırıcı tədbirlərin zəruri hallarda gücləndiriləcəyi bildirilib.

Teleqraf.com 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31