Türkiyədə benzin və dizelin qiyməti düşəcək

Türkiyədə benzin və dizelin qiyməti düşəcək

Cümə günü gecə yarısından etibarən dizeldə 19 qəpik və benzində 16 qəpik endirim gözlənilir.

Endirimlə, dizelin orta litr qiyməti Ankarada 5.48 lirədən 5.29 lirəyə, İstanbulda 5.38 lirədən 5.19 lirəyə, İzmirdə 5.50 lirədən 5.31 lirəyə enəcək.

Benzində qiymətlər İstanbulda 5,35 lirədən 5.19 lirəyə, İzmirdə 5.45 lirədən 5.29 lirəyə və Ankarada 5.44 lirədən 5.28 lirəyə enəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31