Məhkəmə Gülnarə Kərimovanın həbs müddətini artırıb
Məhkəmə Gülnarə Kərimovanın həbs müddətini artırıb
19 Mart 2020 12:43 DünyaCinayət işləri üzrə Daşkənd şəhər məhkəməsi Özbəkistanın sabiq prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın cəzasını artırıb.
Bu barədə Özbəkistan Ali Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, yeni cinayət işi üzrə məhkəmənin hökmü ilə G. Kərimova 13 il 4 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmdə qeyd olunub ki, onu cəzaçəkmə müddətinin əvvəli 21 avqust 2015-ci il tarixdən hesablanır.
Xatırladaq ki, G. Kərimova müxtəlif ittihamlar üzrə təqsirli bilinərək məhkum olunub.
apa.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31