Paytaxtda koronavirus tədbirləri: 40 metro stansiyası bağlandı, avtobus səfərləri təxirə salındı
19 Mart 2020 09:52 DünyaLondonda koronavirus səbəbiylə nəqliyyat sisteminin fəaliyyətində ciddi dəyişikliklər edilib.
Publika.az xəbər verir ki, paytaxtdakı 40 metro stansiya bağlanıb. Həftənin iki günü bütün sərnişin avtobuslarının hərəkəti dayandırılıb. Avtobuslar yalnız səhiyyə işçiləri üçün xidmət edəcək. Tramvay və rayonlararası qatarların sayı da azaldılıb. Bundan əlavə, mağazaların da bağlanması gündəmdədir.
Qeyd edək ki, Böyük Britaniyada koronavirusdan 104 nəfər həyatını itirib. 2526 nəfər virusa yoluxub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31