Gülnarə Kərimovanın cəzası bəlli oldu

Özbəkistanın eks-prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova 13,4 il azadlıqdan məhrum edilib.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu məlumatı Özbəkistan Ali Məhkəməsi yayıb. Məlumata görə, Kərimova fırıldaqçılıq, mənimsəmə, cinayətkar fəaliyyətdən əldə etdiyi gəlirləri leqallaşdırmaqda ittiham edilib.

Qeyd edək ki, Kərimova uzun müddətdir həbsdədir. O, 2015-ci ildə 5 il, 2017-ci ildə isə 10 il azadlıqdan məhrum edilmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31