Koronavirusun əsas mənbəyi yarasalar imiş
İndoneziyanın Surakarta şəhərində yüzlərlə yarasa məhv edilib.
18 Mart 2020 17:53 Dünyaİndoneziyanın Surakarta şəhərində yüzlərlə yarasa məhv edilib.
Məlumata görə, yarasalar şəhər rəhbərliyinin tələbi ilə bazarlardan müsadirə edilib.
Koronavirusun yayılmasının əsas mənbəyi hesab olunan yarasalar qəfəslərə toplanaraq yuxuya verildikdən sonra yandırılıb.
Xatırladaq ki, ötən ilin dekabrında Çində qeydə alınmış koronavirus pandemiyası bu gün 167 ölkəyə yayılıb. Virusa yoluxanların sayı 200 min nəfərə, ölənlərin sayı 8 min nəfərə çatır. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31