Ermənistanda 444 nəfər karantinə alındı
18 Mart 2020 17:31 DünyaErmənistanda koronavirusa yoluxmada şübhəli bilinən 1 243 nəfər var.
Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan martın 18-də "Facebook" səhifəsində canlı yayımda bildirib.
Onun sözlərinə görə, şübhəli bilinənlərdən 444-ü hazırda karantində saxlanılır: "Daha 799 nəfəri özünütəcridə çağırmışıq".
Nikol Paşinyan 700-dən artıq testin keçirildiyini bildirib.
Qeyd edək ki, martın 18-nə olan məlumata əsasən, Ermənistanda 84 nəfərdə koronavirusa yoluxma aşkarlanıb. // Report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31