Ağ Evdən korona qərarı: hər vətəndaşa 1000 dollar!

ABŞ-da Tramp hakimiyyəti koronavirus təhlükəsini aradan qaldırmaq üçün vətəndaşlarına pul ayıracaq.

Bu barədə Ağ Ev məlumat yayıb:

"ABŞ Maliyyə Nazirliyi aprel ayına qədər bütün yetkin amerikalılara 1000 dollarlıq çek göndərməyi hədəfləyir.

Beləliklə, ölkə üzrə 250 milyon insan bu qərardan yararlanmış olacaq", - Ağ Evin məlumatında bildirilir.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31