Las-Veqasda kazinolar və restoranlar bağlandı

ABŞ-ın Las-Veqas şəhərində bütün barlar, kazinolar və restoranlar koronavirusla mübarizə tədbirləri çərçivəsində qapadılacaq.

Bu məlumatı Nevada ştatının qubernatoru Stiv Sisolak deyib. Onun sözlərinə görə, bu qərar bu gündən qüvvəyə minəcək.

O, bu məkanların 30 günlük qapadılacağını bildirib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31