Rusiyada məktəblər bağlanır

Rusiyada koronavirus təhlükəsi ilə əlaqədar məktəblərdə 3 həftəlik tətil elan olunub.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bunu ölkənin Təhsil naziri Sergey Kravtsov bildirib.

Nazir deyib ki, məktəblər martın 23-dən başlayaraq aprelin 12-dək bağlı qalacaq.

Bu müddət ərzində distant təhsilin təşkil olunması planlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31