Əcnəbilərin Rusiyaya girişi qadağan edildi - Maya qədər
18 Mart 2020 15:07 DünyaKoronavirusun sürətlə yayılması səbəbindən əcnəbilərin, o cümlədən Belarusdan gələn şəxslərin Rusiyaya girişi məhdudlaşdırılır.
Olaylar.az Day.Az-a istinadən bildirir ki, bunu bəyan edən Baş nazir Mixail Mişustin Minsk tərəfinin də bununla bağlı məlumatlandırıldığını qeyd edib.
Rusiyaya girişi məhdudlaşdırılan ölkələr siyahısına, eləcə də Ermənistan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan aiddir.
XİN qeyd edib ki, məhdudiyyət mayın 1-nə qədər davam edəcək və Rusiyada daim yaşayan əcnəbilərə şamil edilmir.
Son məlumata görə, Rusiyada koronavirusa yoluxanların sayı 110 nəfəri keçib.
Qeyd edək ki, 2019-cu ilin sonunda Çində başlayan koronavirus epidemiyası hazırda dünyanın 160-dan çox ölkəsini sarıb və bütün dünyada ümumilikdə bu virusa yoluxanların sayı 190 mini, ölənlərin sayı isə 7 mini keçib.