İstanbuldan gələn 250 nəfər karantinə alınacaqmı? – Rəsmi açıqlama
17 Mart 2020 11:32 Dünya"Karantinə alınıb-alınamamasına mütəxsəssislər tərəfindən yerindəcə qərar qəbul olunur. Karantinə alınmayanlara evdə izolyasiya şəraitində nəzarət olunur".
Bunu TƏBİB-in mətbuat katibi Rəvanə Liyeva İstanbuldan gələn 250 nəfərlə bağlı açıqlamasında deyib: "Türkiyədən gələnlərlə bağlı operativ qərargahdan hələ ki, açıqlama verilməyib. Məlumat olduğu təqdirdə bildiriləcək".
O bildirib ki, karantin şəraitindən evə buraxılan şəxslərlə davamlı olaraq maraqlanırlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31