Çexiyada iki şəhərə giriş-çıxış bağlandı
16 Mart 2020 18:20 DünyaÇexiyanın şərqində koronavirus təhlükəsi ilə əlaqədar Litovel və Uniçov şəhərlərinə giriş-çıxış bağlanıb.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bunu Olomouts əyalətinin rəhbəri Ladislav Okleştek deyib.
O bildirib ki, həmin şəhərlərdə sakinlərin hərəkəti də məhdulaşdırılıb.
Bundan başqa, əyalət ərazisində 20 kənddə eyni tədbirlər görülüb.
Qeyd olunur ki, həmin ərazilərdə 33 yoluxma faktı qeydə alınıb.
Ümumilikdə Çexiyada koronavirusa yoluxanların sayı 298 nəfərə çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31