Rusiya günə 100 minə qədər koronavirus üçün test sistemi istehsal edir
16 Mart 2020 17:58 DünyaRusiya "COVID-19" koronavirusun aşkarlanması üçün gündə 100 minə qədər test sistemi istehsal edir.
Bu barədə Rusiya baş nazirinin müavini Tatyana Qolikova "İnterfax"-a bildirib.
O, qeyd edib ki, artıq təxminən 710 min test sistemi hazırlanıb, onlardan 427 mini bölgələrə göndərilib, bu gün və sabah daha 282 min test sistemi göndəriləcək.
Golikova, həmçinin, qeyd edib ki, 16 mart tarixinə olan məlumata görə, Rusiyada "COVID-19" koronavirus infeksiyası 93 nəfərdə aşkarlanıb.
big.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31