Ukraynada ara qarışdı – Rus səfirliyinə hücuma keçdilər

Ukraynada ara qarışdı – Rus səfirliyinə hücuma keçdilər

Rusiyanın Ukraynadakı səfirliyinə hücum edilib.

Ukraynanın paytaxtı Kiyevdə millətçi bir qrup tərəfindən mitinq keçirilib.

Mitinqdə 5 mindən çox insanın iştirak etdiyi bildirilib.

Rusiyanın Kiyevdəki səfirliyi qarşısına yürüş təşkil edən etirazçılar diplomatik nümayəndəliyin binasına məşəl və fişənglər atıblar.

Olay yerinə çox sayda təhlükəsizlik qüvvələri və polis cəlb edilib. Barrikada qurularaq, etirazçıların səfirliyin binasına yürüşünün qarşısı alınıb.

Etirazçılar Rusiyadan işğal etdiyi Ukrayna ərazilərindəki (Krım və Donbas) hərbi qüvvələrini geri çəkməyi tələb edib.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31