Türkiyə “Sülh çeşməsi” ilə əmin-amanlıq gətirdi

İraqın şimalında əməliyyat həyata keçirən Türkiyə “Sülh çeşməsi”hərəkatı ilə bölgəyə əmin-amanlıq gətirməkdədir.

İraqın şimalında əməliyyat həyata keçirən Türkiyə "Sülh çeşməsi"hərəkatı ilə bölgəyə əmin-amanlıq gətirməkdədir.

Olaylar.az bildirir ki, bu haqda Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. 

Məlumatda bildirilir ki, Sülh çeşməsi əməliyyatının keçirildiyi bölgədə açılan 390 məktəbdə 34 min 946 şagirdin təhsilini davam etdirdiyini bildirib.

Milli Müdafiə Nazirliyinin "Twitter" hesabında bölgədəki təhsil həyatı ilə bağlı məlumatlar yer alıb.

Məlumatda qeyd edilir ki, məktəbləri dağıdan, tunellər qazan, təhsil ocaqlarını qərargah halına gətirməklə günahsız uşaqların təhsil haqlarını əllərindən alan PKK/YPG-nin açdığı yaralar sağalmaqda davam edir: "Bu çərçivədə "Sülh çeşməsi" əməliyyatının keçirildiyibölgədə 390 məktəb açılıb, 34 min 946 şagird təhsilini davam etdirir."

Digər tərəfdən, Müdafiə Nazirliyi "Sülh çeşməsi" əməliyyatının keçirildiyi bölgədə 25 ədəd kustar üsulla hazırlanmış partlayıcı qurğunun məhv edildiyini, günahsız insanların həyatına qəsd edənPKK/YPG terror təşkilatı tərəfindən basdırılan partlayıcı qurğuların aşkarlanaraq məhv edilməyə davam ediləcəyini vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31