Özbəkistanda çaxnaşma yayan şəxs həbs ediləcək - Ədliyyə Nazirliyi

Özbəkistan Ədliyyə Nazirliyi ölkədə çaxnaşma yayan şəxslərin cinayət məsuliyyətinə cəlb olunacağını bildirib.

Bu haqda məlumat Telegram informasiya kanalında yayımlanıb.

"Əhali arasında çaxnaşma yaratmağa yönəlmiş materialların yayılmasına görə 44 milyon 600 min somdan 89 milyon 200 min somadək (4.6 min dollardan 9.3 min dollar) cərimə və ya 3 ilədək həbs cəzası veriləcək" deyə məlumatda deyilir.

Qeyd edək ki, hazırda Özbəkistanda 6 koronavirus infeksiyası qeydə alınıb. Bunlardan 5-i eyni ailədədir. Hazırda martın 11-də Fransadan gələn bir qadınla təmasda olan təxminən 150 adam təcrid olunub. Bunlar bir ailənin 10 üzvüdür, onlardan dördündə koronavirus artıq təsdiqlənib. Qadınla birlikdə təyyarədə 48 sərnişin olub. Onların yarısı Özbəkistan ərazisindən keçərək üçüncü ölkələrə tranzit olaraq uçan xarici vətəndaşlar idi.

Özbəkistan Baş Prokurorluğu xəstəliklə bağlı məlumatları gizlədənlər üçün verilən cinayət cəzasını da xatırladıb.

Sanitariya qanunvericiliyin və ya Özbəkistan Respublikası Cinayət Məcəlləsinin epidemiyalarına qarşı mübarizə qaydalarını pozan şəxslər də cəzalandırılacaq.

Xatırldaq ki, koronavirusa görə Özbəkistan sərhədlərini bağlayıb. Martın 27-dək Tacikistan və Özbəkistan arasında avia nəqliyyat dayandırılıb.

konkret.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31