İtaliyadan gələn ermənilər Ermənistan MN-in hərbi məktəbində karantinə alınıb
İtaliyadan gələn ermənilər Ermənistan MN-in hərbi məktəbində karantinə alınıb
16 Mart 2020 15:25 Dünyaİtaliyadan xüsusi reyslə Ermənistana gəlmiş şəxslər "Zvartnots" hava limanından birbaşa şəkildə təcrid ediblər. Onlar Ermənistanın Dilican şəhərində yerləşən Müdafiə Nazirliyinin Monte Melkonyan adına hərbi təlim məktəbində karantin müddəti keçirəcəklər.
Təcrid olunmuş şəxslərdən biri bildirib ki, onlar hələlik koronavirus testindən keçməyiblər.
Ermənistan hökumətinin "Facebook" səhifəsində qeyd olunub ki, 67 nəfər erməni Romadan çarter reysi ilə İrəvana gəlib. Bütün sərnişinlər təcrid olunmuş şəkildə xüsusi yaşayış yerinə yerləşdirilib. Onlar 14 gün karantində qalacaqlar.
Qeyd edək ki, məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şuşan Stepanyan da təsdiq edib.
"İtaliyadan gəlmiş Ermənistan sakinləri Dilicanın ayrıca infrastrukturlara sahib olan Monte Melkonyan adına hərbi təlim məktəbi ərazisində təcrid olunublar. Zərurət olduğu təqdirdə Ermənistan Müdafiə Nazirliyi dövlət qurumları ilə əməkdaşlıq edərək bütün potensialını, infrastrukturlarını koronavirusun qarşısının alınması və aradan qaldırılması üçün istifadə edəcək. Eyni zamanda bildirirəm ki, bu qərar tədrisin təşkil olunması prosesində hər hansı təsirə malik olmayacaq. Məktəb ərazisi profilaktik tədbirlərdən sonra dezinfeksiya ediləcək", - deyə o qeyd edib.
Ordu.az