İranda saxta içki nəticəsində ölənlərin sayı 138-ə çatdı

İranın Xuzistan Elbrus, Ərdəbil, Kürdistan, Kirmanşah, Həmədan, Mərkəzi, şərqi Azərbaycan və Mazandaran əyalətlərində saxta içki nəticəsində həyatını itirənlərin sayı 138-ə yüksəlib.

İçki səbəbi ilə zəhərlənənlər xəstəxanalara yerləşdirilib. Verilən məlumata görə, ölü sayının artacağı istisna edilmir.

Qeyd edək ki, əhali "Koronavirusa müsbət təsir edir" - deyə düşünərək spirtli içki qəbul etməyə başlamışdı.

Primetime.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31