Almaniyanın bu bölgəsində fövqəladə vəziyyət elan edildi
Almaniyanın bu bölgəsində fövqəladə vəziyyət elan edildi
16 Mart 2020 14:47 DünyaAlmaniyanın cənubundakı Bavariya federal torpağında fövqəladə vəziyyət elan edilib.
Bunu federal torpağın baş naziri Markus Zeder deyib.
O bildirib ki, fövqəladə vəziyyət bölgədə koronavirusun yayılmasının qarşısının alınması məqsədilə elan edilib və dərhal qüvvəyə minir.
Qeyd edək ki, bu günədək Almaniyada koronavirusa yoluxanların sayı 6 215 nəfərə çatıb. 13 nəfər virusun qurbanı olub.
trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31