Xorvatiyada rəmzi qiymətə ev satılır
16 Mart 2020 13:55 DünyaXorvatiyanın şimalında, Macarıstan sərhədi yaxınlığında yerləşən Leqrad qəsəbəsində evlər və torpaq sahələri 1 kuna (15 ABŞ sentinə yaxın) kimi rəmzi qiymətdən satışa çıxarılıb.
Həmin yerdə azı 15 il yaşamış 40 yaşdan cavan şəxslər müraciət etsə, 35 min kunayadək (5 170 ABŞ dolları) dəyərində daşınmaz əmlak alması, yaxud 25 min kunayadək (3 693 ABŞ dolları) məbləğdə təmir işləri üçün kompensasiya ayrılacaq.
Yerli bələdiyyə başçısı İvan Saboliç bu aksiyanı cəmi 2 241 sakinin yaşadığı Leqrada işçi qüvvə cəlb etmək üçün keçirdiklərini, hazırda ölkənin bir çox yerlərindən, hətta qonşu Sloveniyadan, Bosniya və Herzeqovinadan belə ərizələr aldıqlarını bildirib.
report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31