Çinli "Alibaba"dan ABŞ-a 1 milyon maska hədiyyə
16 Mart 2020 13:51 Dünya"Alibaba" və "Cek Ma" fondları koronavirusdan ən çox əziyyət çəkən Yaponiya, Koreya, İtaliya, İran və İspaniyadan sonra ABŞ-a virus testi vasitələri və maska köməyi etməyə hazırlaşır.
Çində koronavirus epidemiyasının yayılması yavaşlayandan sonra ölkənin onlayn alış-veriş nəhəngi "Alibaba" və təsisçisi, baş direktor Cek Ma ABŞ-a dəstək olmağa hazırlaşır.
Əvvəllər Kovid-19 virusuna qarşı mübarizə çərçivəsində Yaponiya, Koreya, İtaliya, İran və İspaniyaya maliyyə və qeyri-maddi dəstək verən Cek Ma və "Alibaba" fondlarının ABŞ-a 500 min test avadanlığı və 1 milyon maska hədiyyə edəcəyi açıqlanıb.
Qeyd edək ki, şirkətdən 1.8 milyon maska,100 min test avadanlığı eyni zamanda maddi yardım Avropaya da ediləcək.
Sonxeber.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31