Ağ Evdə hamının hərarətini ölçəcəklər

ABŞ-da Ağ Evdə hamının hərarəti ölçüləcək. Olaylar.az xəbər verir ki, bu, ABŞ-da koronavirusa qarşı aparılan mübarizə çərçivəsində nəzərdə tutulan profilaktik tədbirlərdən biridr.

Bundan başqa, COVİD-19-a qarşı təxirəsalınmaz təcili tədbilər çərçivəsində 50-dən çox şəxsin iştirakı ilə nəzərdə tutulan bütün tədbirlər qadağan edilib, Nyu-Yorkda bu gündən başlayaraq aprelin 20-ə qədər məktəblər bağlanır.

ABŞ Prezidenti Donald Tramp isə ölkə sakinlərini təşviş keçirməməyə, virusun yayılmasının mal qıtlığına səbəb olmayacağına vəd verib.

Qeyd edək ki, 2019-cu ilin sonunda Çində başlayan koronavirus epidemiyası hazırda dünyanın 150-dən çox ölkəsini sarıb və bütün dünyada ümumilikdə bu virusa yoluxanların sayı 160 mini, ölənlərin sayı isə 6 mini keçib.

day.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31