Bu ölkədə karantinə əməl etməyənlərə pul və həbs cəzası veriləcək
Bu ölkədə karantinə əməl etməyənlərə pul və həbs cəzası veriləcək
16 Mart 2020 13:19 DünyaYeni növ koronavirus (Covid-19) nəticəsində ölənlərin sayının 5-ə, virusa tutulanların sayının 313-ə çatdığı Avstraliyada höküməti virusla əlaqəli yeni bir qərar alıb.
Avstraliyanın Baş naziri Skott Morrison xaricdən qayıdan hər kəs üçün 14 gün karantin qaydalarına əməl etməsi barədə qərar qəbul edib. Əks təqdirdə isə həmin şəxslərə pul və həbs cəzası alacağı açıqlanıb.
Qeyd edək ki, Kovid-19 səbəbiylə 78-95 yaş arasında 5 nəfərin öldüyü Avstraliyada virusa yoluxanların ümumi sayı 313-ə çatıb.
Unikal.org
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31