"ABŞ-ın dollar qərarı: Dünyanı xilas üçün..." - Kudrin

ABŞ Federal Ehtiyat Sisteminin uçot dərəcəsini sıfırlaması dünya iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edir.

Olaylar.az  xəbər verir ki, bunu Rusiya Hesablamalar Palatasının sədri Aleksey Kudrin deyib.

"ABŞ FES-i bu addımı problemi önləmək üçün atır. Bu, ABŞ iqtisadiyyatına dəstəkdir, amma həm də dünya iqtisadiyyatı üçün siqnaldır. Hədəf dünyadakı durğunluğun qarşısını almaqdır", - deyə o bildirib.

Qeyd edək ki, bugündən Federal Ehtiyatlar Sistemi uçot dərəcəsini 0-0,25%-ə endirib. FES-in qərarına münasibət bildirən ABŞ Prezidenti Tramp bu addımı alqışlayıb.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31