Trampdan koronaya qarşı vaksin hazırlayanlara rüşvət - İddia

Almaniyanın "CureVac" şirkətinin yeni tip koronavirusa qarşı vaksinlər hazırlaması ABŞ Prezidenti Donald Trampın diqqətini cəlb edib. ABŞ liderinin vaksinləri hazırlayan almaniyalı alımləri öz tərəfinə çəkmək üçün pul təklif etdiyi iddia olunub.

Olaylar.az  xəbər verir ki, belə iddia ilə Almaniya mətbuatı çıxış edib.

Şirkət isə yayılan iddiaları təkzib edib:

"CureVac" şirkəti dünyada insanları koronavirusdan qorumaq üçün vaksinlər hazırlamaqla məşğuldur. Fərziyyələrlə bağlı açıqlama vermirik. Şirkətimiz və ya texnologiyamızın satın alınması ilə bağlı iddiaları rədd edirik", - şirkətin açıqlamasında bildirilir.

Qeyd edək ki, şirkətin ABŞ-ın Boston şəhərində labaratoriyası mövcuddur.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31