Dollarla bağlı VACİB QƏRAR verildi
16 Mart 2020 08:52 DünyaABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsini 1-1,25%-dən 0-0,25%-ə endirib.
Publika.az BBC-yə istinadən xəbər verir ki, Federal Ehtiyatlar Sistemi koronavirusun iqtisadiyyata vura biləcəyi ağır fəsadların qarşısını almaq, ölkə iqtisadiyyatının inkişafını və dolların mövqeyini möhkəmləndirmək üçün belə qərar qəbul edib. Sonuncu dəfə mart ayının 3-də Federal Ehtiyatlar Sistemi uçot dərəcəsini 1,75-1,50-dən 1-1,25%-ə endirib.
Qeyd edək ki, Federal Ehtiyatlar Sistemi son illərdə ilk dəfədir uçot dərəcəsini kəskin şəkildə endirir. Koronavirusun iqtisadiyyata vurduğu fəsadlara görə faiz dərəcəsinin azaldılmasının vacibliyi barədə dəfələrlə çağırış edən prezident Donald Tramp bu qərarı böyük məmnunluqla qarşılayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31