Tramp İrlandiyanın baş nazirinə əlini uzatmadı

Tramp İrlandiyanın baş nazirinə əlini uzatmadı

ABŞ Prezidenti Donald Tramp İrlandiyanın Baş naziri Leo Varadkarla Ağ Evdə görüşü zamanı əllə görüşməyib.

Olaylar.az Day.Az-a istinadən bildirir ki, D.Tramp irlandiyalı rəsmiyə əl verib görüşməməsinin səbəbini jurnalistlərə açıqlayaraq bildirib ki, dünyada sürətlə yayılan koronavirus təhlükəsi səbəbilə profilaktik baxımdan belə edib.

Hər iki rəsmi görüş zamanı salamlaşmaq mənasında öz əllərini bir-birinə sıxıblar.

Amerikalı lider daha sonra jurnalistlərə bildirib: "Hindistandan bu yaxınlarda qayıtmışam. Orada da heç kimlə əl verib görüşmədim". Daha sonra isə əlavə edib ki, Hinditsanda ümumiyyətlə salamlaşarkən əl verib görüşmək adət deyil.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31