Ermənistanın sabiq Müdafiə naziri Paşinyanın qalmaqallı açıqlaması barədə danışıb
Ermənistanın sabiq Müdafiə naziri Paşinyanın qalmaqallı açıqlaması barədə danışıb
13 Mart 2020 17:34 Dünya"Mənim rəhbərliyim altında bu qədər silah-sursat gətirilməsi və keyfiyyətsiz olması faktı baş verə bilməzdi". Bunu Ermənistanın sabiq Müdafiə naziri Seyran Ohanyan konstitusiya dəyişikliyi ilə bağlı referendumun təbliğat kompaniyası çərçivəsində Paşinyanın qalmaqallı açıqlamasına münasibət bildirərkən deyib.
O qeyd edib ki, bu məlumatı yalnız hansı silahların, hansı şəraitdə əldə edildiyi, nə vaxt və hansı idarənin idxal etdiyini bildikdən sonra şərh edə bilər.
"Silahlı qüvvələrin inkişaf planı nazirlik və baş qərargah tərəfindən tərtib edilir. Bu planın tərtib edilməsində tərkibində silahlanmadan yaxşı anlayışa malik mütəxəssislər olan ixtisaslaşmış idarələr iştirak edir. Bu mütəxəssislər sınaq təcrübələrində iştirak edə bilər, silahların işlək olub-olmadığına rəy verə bilərlər. Serj Sarkisyanın və ya bir başqa prezidentin dövründə heç vaxt hər hansı birinin məqsədli şəkildə silahlanma ilə problem yaşamaq istədiyini düşünmürəm", - deyə Ohanyan bildirib.
ordu.az