İraq hökuməti ABŞ və Britaniya səfirlərini XİN-ə çağırıb
İraq hökuməti ABŞ və Britaniya səfirlərini XİN-ə çağırıb
13 Mart 2020 17:24 Dünyaİraq hökuməti ABŞ-ın ölkə ərazisində təhlükəsizlik qüvvələrinə hava zərbələri endirdiyinə görə Britaniya və ABŞ səfirini Xarici İşlər Nazirliyinə çağırıb.
Bu barədə İraqın Xarici İşlər Nazirliyi bəyanat verib.
Bildirilib ki, Britaniya və ABŞ səfirləri XİN-ə çağırılıblar.
Əlavə edilib ki, ötən gün ABŞ təyyarələrinin ölkədə təhlükəsizlik qüvvələrinə hava zərbələri endirməsindən sonra İraqın XİN rəhbəri Məhəmməd əl-Həkim müşavirlərilə birgə toplantı keçirib. Toplantının nəticəsi olaraq, ABŞ və Britaniya səfirləri XİN-ə çağırılıblar.
Bundan öncə İraq hökuməti və ordusu ABŞ-ın hücumunu pisləyib və onun addımını ölkənin suverenliyinə qarşı kobud təcavüz adlandırıblar.
Qeyd edək ki, ABŞ-ın ötən gecəki hücumunda İraq Ordusu, polis və Haşd-Şabi qüvvələrinin 5 hərbçisi şəhid olub.
interaztv.com