İran şəhərləri boşaldılır: Ordu hərəkətə keçdi
13 Mart 2020 17:07 Dünyaİranda koronavirusla mübarizə tədbirləri çərçivəsində ölkənin bütün şəhərlərində ticarət mərkəzləri, küçə və meydanlar boşaldılacaq.
Bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, təhlükəsizlik tədbirlərinə gec başlayan hökumət ölkə miqyasında virusun qarşısını ala bilmədiyi üçün ordu hərəkətə keçərək ticarət mərkəzləri, küçə və meydanları boşaldacaq.
Qeyd edək ki, İranda yeni növ koronavirusdan ölənlərin sayı 514-ə çatıb.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31