Türk Silahlı Qüvvələri terror təşkilatlarına ağır zərbələr endirməyə davam edir

Son bir ay ərzində Türkiyə və Suriyanın şimalındakı "Sülh çeşməsi", Münbicdən isə "Fərat qalxanı" və "Zeytun budağı" əməliyyatlarının keçirildiyi bölgələrə daxil olmağa cəhd edən 286 terrorçu zərərsizləşdirilib.

Olaylar.az bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, "Bahar qalxanı" əməliyyatı başladığı gündən bəri 3 mindən çox Türkiyə vətəndaşı hərbi xidmətə çağırış məntəqələrinə müraciət edərək,"könüllü hərbi xidmətə" yollanmaq istədiklərinibildiriblər: "Son bir ay ərzində Sülh çeşməsi əməliyyatının keçirildiyi bölgədə 155, Münbicdən Fəratqalxanı əməliyyatının keçirildiyi bölgəyə daxil olmağa cəhd edən 37, Tel-Rifatdan Zeytun budağı əməliyyatınınkeçirildiyi bölgəyə daxil olmağa cəhd edən 7 PKK/YPG terrorçusu, terrorizmə qarşı mübarizə çərçivəsində isəölkə daxilində və sərhəddən kənarda keçirilənəməliyyatlar nəticəsində 87 terrorçu zərərsizləşdirilib.

Həmçinin İdlibdəki müşahidə məntəqələrimiz fəaliyyətinidavam etdirir. Bu bölgədən ağır texnikanın geri çəkilməsindən söhbət gedə bilməz."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31