Çexiya əcnəbilərin ölkəyə girişini qadağan etdi
13 Mart 2020 16:13 DünyaÇexiya hökuməti martın 16-dan etibarən daimi yaşayış haqqında sənədi olmayan əcnəbilərin ölkə ərazisinə girişini qadağan edən qərar qəbul edib. Bu barədə Baş nazir Andrey Babiş jurnalistlərə bildirib.
Baş nazir qeyd edib ki, hökumət bu addımı sürətlə yayılan koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində atıb.
Qeyd edək ki, 2019-cu ilin sonunda Çində başlayan koronavirus epidemiyası hazırda dünyanın 110-dan çox ölkəsini sarıb və bütün dünyada ümumilikdə bu virusa yoluxanların sayı 130 mini, ölənlərin sayı isə 4 mini keçib.
Day.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31