Türk əsgəri çörəyini suriyalılarla bölüşür

Türk Silahlı Qüvvələri “Sülh çeşməsi” bölgəsindəki Tel Abyadda onlar üçün səyyar sobalarda bişirilən çörəyi təhlükəsizliyini təmin etdikləri yerli əhali ilə də bölüşür.

Xidmət etdiyi bölgələrdə yüksək insani keyfiyyətləri ilə seçilən türk əsgəri "Sülh çeşməsi" əməliyyatının həyata keçirildiyi bölgədə də insanların qəlbində taxt qurub.

Olaylar.az bildirir ki, Türk Silahlı Qüvvələri "Sülh çeşməsi" bölgəsindəki Tel Abyadda onlar üçün səyyar sobalarda bişirilən çörəyi təhlükəsizliyini təmin etdikləri yerli əhali ilə də bölüşür.

Müharibədən zərər görən insanlara humanitar yardımlar göstərməklə bütün dünyaya nümunə olacaq davranışlar nümayiş etdirən türk ordusu, "Sülh çeşməsi əməliyyatı iləterrordan təmizlənərək, dincliyin təmin olunduğu Tel Abyadda çörəklərini insanlarla bölüşməyə davam edir.

Əsgərlərin payladığı isti çörəklərə görə böyük sevinc hissi keçirən uşaqların türk əsgəri ilə hər görüşündə duyğulu anlar yaşanır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31